Gürcüstanın qərbində əsgərlərin olduğu hərbi avtomobil qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qəza əsgərlər Simonetidəki təlimə gedən zaman baş verib. İnsident zamanı 6 hərbçi xəsarət alıb. Onlar Qoridəki hərbi qospitala yerləşdiriliblər. Əsgərlərin həyatı üçün təhlükənin olmadığı bildirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Son xəbərlər
Son Xəbərlər