Gürcüstanda kişi öz qəbrinə baş çəkib

gurcustanda-kisi-oz-qebrine-bas-cekib
Oxunma sayı: 734

Gürcüstanın Batumi limanından 80 km məsafədə yerləşən kəndin sakini Slava Bruşkov, həbsxanada qısamüddətli cəzasını çəkərkən, ölü elan edildiyini eşidib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bu barədə İberia xəbər kanalı məlumat yayıb.

Slavanın azadlığa çıxdıqdan sonra, mütəmadi olaraq məzarını ziyarət etdiyi bildirib.

Xəbərə əsasən, kənd əhalisi Bruşkovun yoxa çıxdığını görərək onu ölü hesab edib.

Bruşkovun qohumları olmadığından, onun həbsxanaya düşdüyündən heç kimin xəbəri olmayıb.

Bruşkovun yoxa çıxması barədə polisə xəbər verilib.

Təxminən həmin ərəfədə çöldə tanınmamış hala düşmüş bir kişi cəsədi tapılıb. Rəsmilər həmin cəsədin Bruşkovun olduğunu güman edərək, cəsədi onun valideynlərinin məzarı yanında basdırıblar.

“Həbsxanadan çıxıb, anamın və atamın məzarına baş çəkməyə getdim və orada daha bir yeni məzar gördüm. Orada kimin bastırıldığı barədə xəbərim olmayıb”, - Bruşkov deyib.

Buna baxmayaraq, Bruşkov yeni qəbirin də qayğısına qalıb.

Pasxa bayramı günlərində, Gürcüstandakı ənənəyə uyğun Slava özü ilə qəbirlərin ziyarətinə rənglənmiş yumurta, şərab və digər yeməklər gətirib.