Gürcüstanda koronavirusdan daha 1 nəfər öldü - Yenilənib

gurcustanda-koronavirusdan-daha-1-nefer-oldu
Oxunma sayı: 3605

Gürcüstanda sutka ərzində 8 koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da, xəstələnənlərin ümumi sayı 170-ə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

1 nəfər dünyasını dəyişib, 36 pasiyent sağalıb, 5 mindən çox insan karantindədir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək bütün dünyada 1 milyondan çox yoluxma, 60 mindən çox ölüm halı qeydə alınıb.

**

Gürcüstanda koronavirusdan ölənlərin sayı 2-yə çatıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, həmin şəxs 81 yaşlı qadındır.