Gürcüstanda koronavirusa yoluxan uşaqların sayı açıqlandı

gurcustanda-koronavirusa-yoluxan-usaqlarin-sayi-aciqlandi
Oxunma sayı: 1129

Gürcüstanda koronavirusa yoluxanların 15%-ni uşaqlar təşkil edir.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki,  bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib. 2020-ci ilin fevralından başlayaraq ölkədə yoluxanların sayı 698 944 nəfər təşkil edir ki, onların 103,9 min nəfərini uşaqlar və 18 yaşadək yeniyetmələr təşkil edir. Onlardan 6979-u xəstəxana şəraitində müalicə olunur, 9 uşaq isə dünyasını dəyişib. 

Qeyd edək ki, Gürcüstanda oktyabrın 11-dən etibarən xroniki xəstəliyi olan 12-15 yaş uşaqların vaksinasiyasına başlanılıb.