Gürcüstanda koronavirusa yoluxanların sayı 3 mini ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 3 mini ötdü
Oxunma sayı: 806

Gürcüstanda son sutka ərzində daha 182 nəfərdə koronavirus aşkarlanıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 3 119-a yüksəlib, bu virusdan ölənlərin sayı isə 19-dur.

Bundan əlavə, indiyədək 1 435 nəfər sağalıb. Hazırda 6 663 nəfər karantində, 836 nəfər isə stasionarlarda həkimlərin nəzarəti altındadır.
Digər ölkələrdən müalicə üçün gətirilən Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfər təşkil edir.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi