Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

gurcustanda-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 2738

Gürcüstanda yeni tip koronavirusun səbəb olduğu "COVID-19" xəstəliyinə yoluxanların sayı daha bir nəfər artaraq 49 nəfərə çatıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə üçün açılmış "stopcov.gov.ge" saytı açıqlama yayıb. Sonuncu yoluxma faktının Acarıstan Muxtar Respublikası ərazisində qeydə alındığı bildirilib.

Hazırda isə ölkədə 2000-dən çox insan karantinə alınıb, 259 nəfər isə tibbi müşahidə altında saxlanılır.

Qeyd edək ki, bu gündən etibarən aprelin 21-nə qədər Gürcüstanda fövqəladə vəziyyət elan olunub.