Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

gurcustanda-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 818

Gürcüstanda koronavirusa yoluxanların sayı daha 13 nəfər artaraq 496-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Ölkə üzrə ümumilikdə 6 nəfər xəstəlik səbəbindən həyatını itirib, 149 nəfər isə sağalaraq evinə buraxılıb. Həmçinin 4 833 nəfər karantinə alınıb, 571 nəfər isə tibbi müşahidə altında saxlanılır.

Ölkədə koronavirusa yoluxanlar arasında həkimlər, DİN və Milli Bankın əməkdaşları, eləcə də hamilə qadınlar və uşaqlar var.

Qeyd edək ki, Gürcüstanda martın 21-də elan edilən fövqəladə vəziyyət rejimi mayın 22-dək uzadılıb.