Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

gurcustanda-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 850

Gürcüstanda koronavirusa yoluxanların sayı daha 27 nəfər artaraq 566-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Ölkə üzrə ümumilikdə 6 nəfər xəstəlik səbəbindən həyatını itirib, 184 nəfər isə sağalaraq evinə buraxılıb. Həmçinin 5 243  nəfər karantinə alınıb, 550 nəfər isə tibbi müşahidə altında saxlanılır.

Qeyd edək ki, Gürcüstanda martın 21-də elan edilən fövqəladə vəziyyət rejimi mayın 22-dək uzadılıb. Bununla yanaşı 27 apreldən etibarən Gürcüstan hakimiyyəti tədricən məhdudiyyətləri azaltmağa başlayıb: kənd təsərrüfatı bazarları açılıb, onlayn satışlara icazə verilib və avtomobillərin hərəkəti bərpa edilib.