Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

gurcustanda-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 1761

Gürcüstanda son sutka ərzində daha 12 nəfərdə koronavirus aşkarlanıb. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 695-ə çatıb.

Ümumilikdə pandemiyanın başladığı vaxtdan indiyədək Gürcüstanda 425 nəfər sağalıb, 12 nəfər vəfat edib.

Ölkədə koronavirus səbəbindən martın 21-dən tətbiq edilən fövqəladə vəziyyət rejimi mayın 22-dək davam edəcək.