Gürcüstanda koronavirusa yoluxanların sayı artır

gurcustanda-koronavirusa-yoluxanlarin-sayi-artir
Oxunma sayı: 1610

Gürcüstanda koronavirusa yoluxanların sayı 5 nəfər artaraq 108-ə çatıb.

“Qafqazinfo” “stopcov.ge” saytına istinadən xəbər verir ki, xəstəlik səbəbindən ölən olmayıb, bir nəfər isə sağalaraq evinə buraxılıb.

Karantində saxlanılan insanların ümumi sayı 4,995 nəfər təşkil edir.

Qeyd edək ki, ÜST-ün son statistikasına əsasən, dünya üzrə 786,270 insan koronavirusa yoluxub.