Gürcüstanda koronavirusa yoluxanların sayı artır

gurcustanda-koronavirusa-yoluxanlarin-sayi-artir
Oxunma sayı: 1276

Gürcüstanda koronavirus infeksiyasına yoluxanların sayı 115 nəfərə çatıb.

“Qafqazinfo” “stopcov.ge” saytına istinadən xəbər verir ki, hazırda ölkə üzrə 5,106 nəfər karantində, 294 nəfər həkim nəzarəti altında saxlanılır.

Epidemioloqlar ölkədə yoluxma hallarının artacağını bildirib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, Gürcüstanda martın 31-dən etibarən ölkə daxilində ümumi karantin rejimi elan edilib.