Gürcüstanda koronavirusa yoluxanların sayı artır

gurcustanda-koronavirusa-yoluxanlarin-sayi-artir
Oxunma sayı: 1131

Gürcüstanda koronavirusa yoluxanların sayı 214-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Ölkə üzrə ümumilikdə 3 nəfər xəstəlik səbəbindən həyatını itirib, 50 nəfər isə sağalaraq evinə buraxılıb. Həmçinin 4,559  nəfərin karantinə alındığı, 353 nəfərin isə tibbi müşahidə altında saxlanıldığı qeyd olunub.

Qeyd edək ki, Gürcüstanda koronavirusun yayılması səbəbi ilə aprelin 21-nə qədər fövqəladə vəziyyət elan olunub.