Gürcüstanda koronavirusa yoluxanların sayı daha 6 nəfər artdı

gurcustanda-koronavirusa-yoluxanlarin-sayi-daha-6-nefer-artdi
Oxunma sayı: 1157

Gürcüstanda son sutka ərzində 6 nəfər koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə Covid-19 xəstələrinin sayı 707-yə çatıb. Ümumilikdə isə 12 nəfər dünyasını dəyişib. 456 pasiyent sağalıb. 3914 nəfər karantin rejimində saxlanılır.

Qeyd edək ki, gürcüstanda fövqəladə vəziyyət rejimi mayın 22-də başa çatır. Hökumət fövqəladə vəziyyəti uzatmaq niyyətində olmadığını açıqlayıb.