Gürcüstanda koronavirusdan ölən olmasa da, yoluxanlar artır

gurcustanda-koronavirusdan-olen-olmasa-da-yoluxanlar-artir
Oxunma sayı: 1944

Gürcüstanda son sutka ərzində daha 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 843-ə yüksəlib, bu virusdan ölənlərin sayı isə əvvəlki kimi 13-dür.

Bundan əlavə, indiyədək 697 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 133 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 6-sının vəziyyəti ağır qiymətləndirilir.