Gürcüstanda koronavirusdan ölənlərin sayı 18 oldu

gurcustanda-koronavirusdan-olenlerin-sayi-18-oldu
Oxunma sayı: 1455

Gürcüstanda koronavirusa yoluxmuş 18-ci pasiyent dünyasını dəyişib.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, ölən şəxs iyulun 29-dan Mtsxeta şəhər xəstəxanasında müalicə olunan 87 yaşlı qadındır.

İndiyədək Gürcüstanda 1421 nəfər koronavirusa yoluxub, 1137 nəfər sağalıb. 7005 nəfər karantin zonasında, 255 nəfər isə həkim müşahidəsində saxlanılır.