Gürcüstanda koronavirusdan ölənlərin sayı artdı

gurcustanda-koronavirusdan-olenlerin-sayi-artdi
Oxunma sayı: 2404

Gürcüstanda koronavirusdan ölənlərin sayı daha 1 nəfər artaraq 17-yə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Koronavirusun qurbanı Mtsxeta şəhərindəki klinikada müalicə olunan 79 yaşlı qadın olub. O, həmçinin bir sıra xroniki xəstəliklərdən əziyyət çəkirmiş.

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 1155 nəfər təşkil edir, 929 xəstə sağalıb. Ölkədə 209 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.