Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı evə buraxıldı

gurcustanda-koronavirusdan-sagalan-azerbaycanli-eve-buraxildi
Oxunma sayı: 1191

Gürcüstanda koronavirusa yoluxan ilk şəxs Tbilisi İnfeksiya xəstəlikləri Klinikasından evə buraxılıb.

“Qafqazinfo” gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan vətəndaşı olan Marneuli sakininin son analiz nəticələri neqativ çıxıb. 50 yaşlı etnik azərbaycanlı  2 həftə ətraf aləmdən təcrid olunaraq ev şəraitində müayinəsini davam etdirəcək.

Qeyd edək ki, Marneuli sakinində koronavirus fevralın 26-da Azərbaycandan keçməklə İrandan Gürcüstana gedərkən sərhəddəki yoxlamalar zamanı tapılmışdı.