Gürcüstanda koronavirusla bağlı son rəqəmlər

gurcustanda-koronavirusla-bagli-son-reqemler
Oxunma sayı: 2850

Gürcüstanda son sutka ərzində daha 9 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 827-yə yüksəlib, bu virusdan ölənlərin sayı isə əvvəlki kimi 13-dür.

Bundan əlavə, indiyədək 690 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 124 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 6-sının vəziyyəti ağır qiymətləndirilir.