Gürcüstanda koronavirusla bağlı son statistika

gurcustanda-koronavirusla-bagli-son-statistika
Oxunma sayı: 1596

Gürcüstanda koronavirusa yoluxanların sayı daha 3 nəfər artaraq 626-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Xəstəlik səbəbindən ölənlərin sayında artım qeydə alınmayıb -10 nəfər. 297 nəfər sağalaraq evinə buraxılıb.

Ölkədə koronavirus  səbəbi ilə 4 702 nəfər karantində saxlanılır, 459 nəfər stasionar şəraitdə müalicə olunur. 

Qeyd edək ki, Gürcüstanda martın 21-də elan edilən fövqəladə vəziyyət rejimi mayın 22-dək uzadılıb.