Gürcüstanda koronavirusla bağlı son vəziyyət

gurcustanda-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 2687

Gürcüstanda son sutka ərzində daha 13 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 864-ə yüksəlib, bu virusdan ölənlərin sayı isə 14-dür.

Bundan əlavə, indiyədək 703 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 147 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 6-sının vəziyyəti ağır qiymətləndirilir.