Gürcüstanda koronavirusla bağlı son vəziyyət

gurcustanda-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 2715

Gürcüstanda son sutka ərzində daha 9 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 206-ya yüksəlib, bu virusdan ölənlərin sayı isə 17-dir.

Bundan əlavə, indiyədək 987 nəfər sağalıb. Ölkədə 202 aktiv koronavirus xəstəsi var.