Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

gurcustanda-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 2225

Gürcüstanda son sutka ərzində 258 nəfərdə koronavirus aşkarlanıb, 10 nəfər bu virusdan vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 268 355-ə, bu virusdan ölənlərin sayı isə 3 435-ə çatıb.

Bundan əlavə, indiyədək 261 637 nəfər sağalıb. Ölkədə 3 283 aktiv koronavirus xəstəsi var.