Gürcüstanda matəm elan olundu

gurcustanda-matem-elan-olundu
Oxunma sayı: 2281


“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili son təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xəsarət alanlara kömək məqsədi ilə yaradılan fövqəladə qərərgahın iclasında bildirib. 

Baş nazir qeyd edib ki, bu gün baş verən hadisə böyük faciədir. Hadisə zamanı ölənlərin ailələrinə başsağlığı diləyirəm. Sərəncama uyğun olaraq iyunun 15-ni matəm günü elan edirik.

Xatırladaq ki, ötən gün ölkə paytaxtında güclü qasırğa baş verib. Faciə nəticəsində 5 nəfər ölüb, 20-dək vətəndaş yaralanıb. Bundan başqa daha 10 nəfər itkin düşüb.