Gürcüstanda meşə yanğınları artıb

gurcustanda-mese-yanginlari-artib
Oxunma sayı: 663

Ötən gün Gürcüstanın Mestia rayonunun Tsxumari kəndi yaxınlığında baş verən meşə yanğınının miqyası böyüyüb.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, belə ki, yanğınsöndürənlər indi də Martvili rayonunun Salxino kəndində (Sameqrelo-Zemo Svaneti bölgəsi) yanğınla mübarizə aparırlar.

Məlumata görə, yanğınlar meşələri bürüyüb. Bu vaxta qədər yanğın meşənin üç yerində sürətlə davam edir, güclü tüstülənmə müşahidə olunur.

Kənd inzibati ərazi dairəsinin müdiri Qoqi Basilayanın sözlərinə görə, hadisə yerində yanğınsöndürmə briqadaları işləyir.