Gürcüstanda mikroavtobus dərəyə aşdı - 12 ölü, 3 yaralı

gurcustanda-mikroavtobus-dereye-asdi
Oxunma sayı: 2961

Gürcüstanın Şatili kəndinə aparan yolda mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” bildirir ki, bu barədə “Sputnik Gürcüstan” xəbər verib.

Nəticədə 12 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb.

Qeyd olunur ki, mikroavtobus 80 metrə yaxın hündürlükdən dərəyə aşıb. Hadisə yerinə patrul və kriminal polis briqadaları, yanğınsöndürmə və xilasetmə qrupları, təcili yardım briqadaları cəlb olunub.

Digər sərnişinlərin axtarışları davam edir.

Gürcüstan DİN istintaqa başlayıb.