Gürcüstanda müxalifət lideri sərbəst buraxıldı

gurcustanda-muxalifet-lideri-serbest-buraxildi
Oxunma sayı: 849

Gürcüstanın müxalif “Girçi” partiyasının liderlərindən Zurab Caparidze azadlığa buraxılıb.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, müxalifət lideri bu gün parlament binası önündə polislə qarşıdurma zamanı saxlanılmışdı.

Qeyd edək ki, hazırda Tbilisidə Rustaveli prospektində parlament binasının giriş-çıxışı daxil olmaqla bütün yollar açıqdır. Polislə aksiyaçılar arasında toqquşma davam edir.