Gürcüstanda pandemiyaya görə lokdaun olmayacaq

gurcustanda-pandemiyaya-gore-lokdaun-olmayacaq
Oxunma sayı: 1999

“Gürcüstan koronavirusa yoluxma tempi artsa da, lokdaun tətbiq etməyəcək”.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava deyib. O, bunu ölkə iqtisadiyyatının tənəzzülünün qarşısını almaq məqsədi ilə əlaqələndirib.

“Biz qapanmanı planlaşdırmırıq. Çünki insanlar işləməli, ailə gəlirləri olmalı və iqtisadiyyat inkişaf etməlidir. Ötən dövrlə müqayisədə, kifayət qədər vaksinimiz var. Vaksin olunaraq mövcud vəziyyətdən çıxa bilər və koronavirusla mübarizə apararıq. Maska taxmağı və məsləhətlərə qulaq asmağı tövsiyə edirik. Ötən il iqtisadiyyatımız 65 azalma ilə başa vurdu. Ağrılı, ancaq qaçılmaz idi. Bu il isə kütəvi vaksinasiya imkanı ilə bu yola getməyəcəyik”, - deyə Turnava bildirib.