Gürcüstanda qar uçqunu oldu - 2 nəfər qar altında qaldı

gurcustanda-qar-ucqunu-oldu
Oxunma sayı: 2099

Gürcüstanın Kaxetiya bölgəsinin dağlıq Tuşeti yolunda qar uçqunu olub.

“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə Pşaveli-Abano-Omalo avtomobil yolunun 36-cı kilometrliyində baş verib. Uçqun altında 2 nəfər qalıb. Onlardan birinin – yolu təmizləyən traktorçunun həyatını xilas etmək mümkün olsa da, digərinin axtarışları davam etdirilir.

Qeyd edək ki, Tuşeti yolu Avropanın ən təhlükəli yollarından hesab edilir. Bu yol may-oktyabr aylarında açıq olur. Qalan aylarda isə qar səbəbindən keçilməzdir.