Gürcüstanda qırıcı təyyarə qəzaya düşdü - Ölən var - Yenilənib

gurcustanda-qirici-teyyare-qezaya-dusdu
Oxunma sayı: 5179

Gürcüstanın Bolnisi şəhərində hərbi helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin “Mtavari arxi” telekanalı yayıb. 

Hadisənin Disveli kəndində qeydə alındığı bildirilir. 

“İnfo Rustavi” portalının məlumatında görə, qəza zamanı 1 nəfər həlak olub. Digər detallar açıqlanmayıb.

***

Gürcüstanın Müdafiə Nazirliyi qəza ilə bağlı məlumatı təsdiq edib.

Lakin qeyd olunub ki, qəzaya hərbi helikopter deyil, “Su-25” qırıcı təyyarəsi düşüb. 

Bildirilib ki, hərbi təlim zamanı baş verən hadisə zamanı pilot həlak olub. Hazırda insidentin səbəbləri araşdırılır.