Gürcüstanda səhərə kimi yeraltı təkanlar olub

gurcustanda-sehere-kimi-yeralti-tekanlar-olub
Oxunma sayı: 1861

Xəbər verdiyimiz kimi, dünən axşam 22:25-də Gürcüstanda güclü zəlzələ olub. Yeraltı təkanların episentri Sameba kəndi yaxınlığında 6,2 bal gücündə olub.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkənin Milli Seysmoloji Mərkəzinin məlumatına görə, 6,2 ballıq zəlzələdən sonra ölkədə daha 6 yeraltı təkan qeydə alınıb.

Yeraltı təkanların gücü 3,1 baldan çox olub. Sonuncu təkan yerli vaxtla 03:35-də qeydə alınıb.

Xatırladaq ki, ötən axşam Azərbaycan və Ermənistanda da zəlzələ qeydə alınıb.