Kutaisidən Batumiyə yola düşən sərnişin qatarı relsdən çıxıb.
“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hadisə Kutaisi dəmir yolu vağzalından 150 metr uzaqlıqda baş verib.
Xəsarət alan olmayıb. Sərnişinlər qatardan evakuasiya ediliblər və onlar vağzala qədər piyada yerimək məcburiyyətində qalıblar.
Son xəbərlər
Son Xəbərlər