Gürcüstanda silahlı şəxs bank işçilərini və müştəriləri girov götürdü - Video

gurcustanda-silahli-sexs-bank-iscilerini-ve-musterileri-girov-goturdu
Oxunma sayı: 3719

Gürcüstanın Zuqdidi şəhərində əlində qumbara və avtomat silah olan şəxs “Bank of Georgia”nın işçilərini və müştərilərini girov götürüb.

“Qafqazinfo”nun məlumatına görə, bankda 30-a yaxın girov var.

Xüsusi əməliyyat aparılır, xüsusi təyinatlılar hadisə yerindədir.

***

“Rustavi 2” telekanalının məlumatına görə, banka 2 nəfər hücum edib. Əvvəlcə bankın filialında 30 nəfər olub, lakin yaşlılara ordan çıxmağa icazə verilib.

Girovlardan birinin SOS düyməsini basa bildiyi qeyd olunur. Onlardan bəziləri damdan və yanğın pilləsindən qaçmağı bacarıblar.

***

Ölkənin Baş Naziri Giorgi Qaxariya jurnalistlərə açıqlamasında bildirib ki, cinayətkar təkdir. 

O, girovların xilas edilməsi üçün bütün səylərin göstərildiyini sözlərinə əlavə edib.

***

Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 179, 236 və 144-cü (“girov götürmə”, “soyğunçuluq”, “silahların qanunsuz əldə edilməsi, saxlanılması və daşınması”) maddələri ilə cinayət işi başlandığını bildirib.

***

Girovların sərbəst buraxılması üçün bir tələb irəli sürdüyü - yarım milyon ABŞ dolları istədiyi bildirilib. Bu barədə "Formula" telekanalı telefonla əlaqə qurulan girovlardan birinə istinadən məlumat verib.

Bu məlumatın rəsmi təsdiqlənməsi yoxdur. Həmçinin, cinayətkarların sayı və girov götürülənlərin sayı barədə dəqiq məlumat verilməyib.