“Gürcüstanda sizə lazım deyilsə, onu Ukraynaya qaytarın” - Saakaşvilinin sevgilisi

gurcustanda-size-lazim-deyilse-onu-ukraynaya-qaytarin
Oxunma sayı: 2358

"Gürcüstanda Mixail Saakaşvili sizə lazım deyilsə, onu Ukraynaya qaytarın, bizə lazımdır".

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bunu Mixail Saakaşvilinin sevgilisi Yelizaveta Yasko deyib.

O, eks-prezidentin səhhətindən də danışıb. Bildirib ki, Saakaşvili fiziki olaraq zəifdir:

“Onu bir neçə dəfə uzanıb dincəlməyə məcbur ediblər, təəssüf ki, zəifdir. O, ilk növbədə bu soyuq havada prosesləri işıqlandırmağa çalışan jurnalistlərə salamlar göndərir. Demək istədiyim odur ki, dünənki məhkəmə bizə göstərdi ki, Gürcüstanda Saakaşviliyə qarşı ittihamlar var və belə görünür ki, hakimiyyət Mixail Saakaşvilini öldürmək istəyir. Onun uzun illər azadlıqdan məhrum edilməsini istəyir”, - deyə Yasko bildirib.