Gürcüstanda son sutkada 1351 nəfər yoluxdu

gurcustanda-son-sutkada-1351-nefer-yoluxdu
Oxunma sayı: 1304

Gürcüstanda son 24 saat ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.

“Qafqazinfo”nun məlumatına görə, daha 1 351 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 21 min 208-ə çatıb.

Sutka ərzində daha 14 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 172-yə çatıb.

Ümumilikdə sağalanların sayı isə 9 min 3 nəfərdir.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.