Gürcüstanda son sutkada 2 mindən çox insan koronavirusa yoluxub

gurcustanda-son-sutkada-2-minden-cox-insan-koronavirusa-yoluxub
Oxunma sayı: 1753

Gürcüstanda son sutkada 2061 nəfər koronavirusa yoluxub, 23 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bununla da pandemiyanın başlanğıcından ölkədə koronavirusa yoluxanların sayı 402 759-a, ölənlərin sayı isə 5 688-ə yüksəlib.

Son sutkada 1654 nəfər isə sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 373 088 olub.