Gürcüstanda 24 saat ərzində 234 meşə yanğını baş verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi yanında Fövqəladə Hallar İdarəetmə Xidməti İdarəsi məlumat yayıb.
Bildirilib ki, yanğın son sutkada Samegrelo, Imereti, Acarıstan, Raça Leçkhumi-Kvemo Svaneti və Şida Kartli bölgələrində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, 223 yanğın tamamilə söndürülüb, 11 nöqtədə işlər davam etdirilir.
Qeyd edək ki, Gürcüstandan birtərəfli müstəqilliyini elan edən və Rusiya tərəfindən dəstəklənən Abxaziya bölgəsində dünən başlayan meşə yanğınları davam edir. Gürcü KİV-nin məlumatına görə, Abxaziyanın Qali bölgəsində meşə yanğınları zamanı bir neçə ev yararsız hala düşüb.
Son xəbərlər
Son Xəbərlər