Gürcüstanda son sutka ərzində koronavirusa 17 484 yoluxma halı qeydə alınıb. Bununla da, ölkədə pandemiya ərzində koronavirusa ümumi yoluxanların sayı 1 110 168-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin “StopCov.ge” saytı yayıb.
Bununla yanaşı, son 24 saat ərzində ölkədə 27 nəfər koronavirusdan dünyasını dəyişib. Pandemiya ərzində isə 14840 nəfər COVID-19-dan vəfat edib.
Həmçinin ötən sutkada 3 699 nəfər, ümumilikdə isə 981 531 nəfər koronavirusdan sağalıb.
Son xəbərlər
Son Xəbərlər