Gürcüstanda sürüşmə zonasında ölənlərin sayı artdı

gurcustanda-surusme-zonasinda-olenlerin-sayi-artdi
Oxunma sayı: 2002

Gürcüstanda xilasedicilər yüksək dağlıq Raça bölgəsindəki Şovi kurortunda torpaq sürüşməsi nəticəsində itkin düşən daha iki nəfərin meyitini tapıblar.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin infrastruktur və regional inkişaf naziri İrakli Karseladze deyib.

Beləliklə, təbii fəlakət qurbanlarının ümumi sayı 24-ə yüksəlib.

Xatırladaq ki, Şovidə torpaq sürüşməsi avqustun 3-ü baş verib. Hadisə nəticəsində körpülər dağılıb, yollara ziyan dəyib. Avqustun 7-si ölkədə matəm günü elan edilib.

Qeyd edək ki, avqustun 6-da Tbilisi meri Kaxa Kaladze sürüşmə nəticəsində tamamilə dağıldığı üçün ölkədə Şovi kurortunun artıq mövcud olmadığını bildirib.