Gürcüstanda təbii fəlakət nəticəsində ölənlərin sayı artdı - Yenilənib

gurcustanda-tebii-felaket-neticesinde-olenlerin-sayi-artdi
Oxunma sayı: 3930

Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xilasedicilər itkin düşən 15-ci şəxsin cəsədini tapıblar.

Qeyd edək ki, təbii fəlakət zamanı körpülər dağılıb, Şovinin girişindəki yol zədələnib. 

***

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təqribən 400 nəfərlik axtarış-xilasetmə qrupu, polis və ordunun dəstəyi ilə indiyədək 17 nəfərin cansız cəsədi tapılıb.

Qeyd olunub ki, itkin düşən 19 nəfərdən hələ də xəbər yoxdur.