Gürcüstanda turistləri daşıyan avtobus dərəyə aşdı - Yaralılar var

gurcustanda-turistleri-dasiyan-avtobus-dereye-asdi
Oxunma sayı: 1266

Tbilisi-Telavi avtomobil yolunun Qombori aşırımından keçən hissəsində avtobus qəzası baş verib.

"Qafqazinfo"nun Rusiya mediasına istinadən məlumatına görə, avtobusda rus və belarus turistlər olub. Nəticədə onların 16-sı yaralı halda telavi xəstəxanasına çatdırılıb. Ümumilikdə isə 25 turist xəsarət alıb. Hadisə yerində təcili yardım maşınları və xilasedicilər cəlb olunub.

Qəzaya görə cinayət işi açılıb.