Gürcüstanda turistləri daşıyan avtomobil aşdı - Ölən var

gurcustanda-turistleri-dasiyan-avtomobil-asdi
Oxunma sayı: 886

Gürcüstanda turistləri daşıyan avtomobil uçurumdan aşıb.

“Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, hadisə Tuşetinin yüksək dağlıq ərazisində baş verib.

Hadisə nəticəsində bir nəfər ölüb. Qəza yerində xilasedici briqada çalışır.

Faktla bağlı araşdırma başlanıb.