Gürcüstanda turistlərin maşını dərəyə yuvarlandı - 5 nəfər öldü

gurcustanda-turistlerin-masini-dereye-yuvarlandi
Oxunma sayı: 1713

Gürcüstanın Kabulet rayonunun Çakvistavi kəndində ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən məlumatına görə, içərisində turistlərin olduğu avtomobil yük maşını ilə toqquşduqdan sonra 10 metr hündürlükdən dərəyə yuvarlanıb. Nəticədə 4 turist və 1 sürücü hadisə yerində ölüb. Ölənlərdən 3-nün cəsədi dərədən çıxarılıb və şəxsiyyətləri müəyyən olunmaq üçün tibbi ekspertizaya göndərilib. Hadisə yerində polis və xilasedicilər işləyir.

Faktla bağlı cinayət işi açılıb.