Gürcüstanda turistlərin vertolyotu düşdü - 3 nəfər ölüb

gurcustanda-turistlerin-vertolyotu-dusdu
Oxunma sayı: 1766

Gürcüstanın Kazbeqi rayonunda turistləri gəzdirən vertolyot dağlıq ərazidə qəzaya düşüb.

“Qafqazinfo” Gürcütsan KİV-nə istinadən xəbər verir ki, qəza nəticəsində 2 heyət üzvü və mehmanxana əməkdaşı dünyasını dəyişib.

"Rooms Hotel Kazbegi" otelinə məxsus “Bell 505” vertolyotu 2018-ci il istehsalı olub. Hadisə yerində xilasedicilər, polis və ekspertlər çalışır. Faktla bağlı cinayət işi açılıb.