Gürcüstanda vəzifəli şəxsin oğlu da koronavirusa yoluxub

gurcustanda-vezifeli-sexsin-oglu-da-koronavirusa-yoluxub
Oxunma sayı: 1960

Gürcüstanda “COVİD-19” virusuna yoluxanların sayı 12-yə çatıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Xəstələnənlər arasında Milli Xəstəliklərə Nəzarət Mərkəzinin baş direktoru Amiran Qamkrelidzenin oğlu Nikoloz Qamkrelidze də var. O, infeksiyaya yoluxması barədə məlumatı sosial şəbəkə vasitəsilə yayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən,  koronavirus ümumilikdə 97 ölkədə yayılıb. Dünyada 102 243 nəfər koronavirusa yoluxub. Xəstəlikdən ölənlərin sayı 3497 nəfərdir. 57 631 nəfər xəstəlikdən sağalıb.