Gürcüstanda virusa yoluxanların sayı artdı

gurcustanda-virusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 2299

Gürcüstanda koronavirusa yoluxanların sayı 61 nəfərə yüksəlib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə koronavirus monitorinqi ilə bağlı xüsusi saytda məlumat yerləşdirilib.

Xəstəliyə yoluxanlardan səkkizi sağalıb, 3320 nəfər karantində, 235 nəfər isə nəzarət altındadır. Ölkədə ölüm faktı qeydə alınmayıb.

Xatırladaq ki, ötən şənbə Gürcüstan hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə fövqəladə vəziyyət rejimi elan edib.