Gürcüstanda yaşayan azərbaycanlıların təhsil uğuru - Fotolar

gurcustanda-yasayan-azerbaycanlilarin-tehsil-uguru
Oxunma sayı: 1252

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) 13 dinləyicisi “1+4” proqramı üzrə ölkənin ali məktəblərinə qəbul olunublar.

“Qafqazinfo” xəbər verir ki,  milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramına əsasən Gürcüstanda yaşayan azərbaycanlılar yalnız məntiqdən imtahan verməklə və müvafiq keçid balını toplamaqla universitetlərə qəbul olunur.

Mərkəzin məntiq kursunda təhsil alan gənclər – Fərid Yunusov, Sara Əhmədova, Ulduz Əliyeva, Nigar Kərimova, Nazlı İmamquliyeva, Turqay Musayev, Sübaxan Kərimov, Lamiyə Məmmədova, Asiman Qurbanov, Vəli Bayramov, Maksim Novruzalov, Vüqar Novruzov və Nigar Rüstəmova bu fənn üzrə dövlət imtahanını uğurla veriblər.

“1+4” proqramına uyğun olaraq onlar bir il ərzində gürcü dilini mükəmməl şəkildə öyrəndikdən sonra ixtisas seçimini edəcəklər.