Gürcüstanda yenə ara qarışdı, 16 nəfər saxlanıldı

gurcustanda-yene-ara-qarisdi-16-nefer-saxlanildi
Oxunma sayı: 1134

Gürcüstanın hüquq-mühafizə orqanları Tbilisidə parlament binasının qarşısında xuliqanlığa və polisin qanuni tələbinə tabe olmadıqlarına görə 16 aksiya iştirakçısını saxlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, bu gün səhər saatlarında keçmiş hakim partiya “Vahid milli hərəkat” daxil olmaqla müxalifət partiyalarının liderləri və tərəfdarları Ali Məhkəmə hakimlərinin seçimi ilə bağlı planlaşdırılan parlament səsverməsinə etiraz etmək üçün aksiyaya başlayıblar.

“Milli Hərəkat”ın liderləri və onların silahdaşları digərləri ilə yanaşı keçmişdə onların lehinə siyasi qərarlar verən namizədlərə qarşı çıxırlar.

Qeyd edək ki, Ali Məhkəmə hakimlərinin təyin olunması prosesi artıq bir ildir ki, qalmaqalla müşayiət olunur. Hakimliyə mövcud namizədlərin yeni sistemə uyğun seçilmələrinə baxmayaraq, Ali Məhkəmə üzvlərinin seçimi nə müxalifət, nə tanınmış qeyri-hökumət təşkilatlar, nə də da hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasını etiraz olaraq tərk edən bəzi üzvlər tərəfindən bəyənilməyib.