Gürcüstanda yenə zəlzələ oldu

gurcustanda-yene-zelzele-oldu
Oxunma sayı: 1019

Gürcüstanda 3,6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Sameba kəndinin 9 kilometrliyində qeydə alınıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.

Qeyd edək ki, Sameba son aylar ən aktiv seysmik zonaya çevrilib. Belə ki, burada demək olar ki, hər həftə kiçik zəlzələlər qeydə alınır.