Gürcüstanda yeni məhdudiyyətlər qüvvəyə mindi

gurcustanda-yeni-mehdudiyyetler-quvveye-mindi
Oxunma sayı: 3035

Gürcüstan ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən yeni məhdudiyyətlər tətbiq edir.

“Qafqazinfo” Gürcüstanın KİV-nə istinadən xəbər verir ki, bu gündən etibarən ölkədə kafe və restoranlar 22:00-a kimi fəaliyyət göstərəcək.

Bu yeni qərardan əvvəl kafe və restoranlara 23:00-a kimi müştərilərə xidmət göstərməyə icazə verilirdi. 

Bununla yanaşı, idman tədbirlərinin azarkeşsiz keçirilməsi ilə bağlı da qərar verilib. 

Qeyd edək ki, avqustun 14-dən başlayaraq Gürcüstanda festivalların, əyləncəli tədbirlərin, konsert və idman yarışlarının keçirilməsinə qadağa qoyulub.

Bununla yanaşı, Tbilisi, Batumi, Kutaisi və Rustavi kimi şəhərlərdə avqustun 14-dən sentyabrın 4-nə kimi ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.