Gürcüstanda zəlzələ oldu

gurcustanda-zelzele-oldu
Oxunma sayı: 1037

Gürcüstanın yüksək dağlıq ərazisi Raçada 3,6 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, təkanlar Tbilisidən 294 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin episentri 14 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.